`PKK-nı terror təşkilatı saymırıq` - Rusiya XİN


15:37     09 Fevral 2017 russia.png

Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi PKK və PYD-ni terror təşkilatı saymadıqlarını bəyan edib.

“İnterfaks”ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa Departamentinin rəhbəri Aleksandr Botsan-Xarçenko deyib.

“Moskvada hesab edirlər ki, Kürdüstan İşçi Partiyası və Suriyada fəaliyyət göstərən kürd xalqının özünümüdafiə dəstələri terror təşkilatları deyil. Rusiyada bu təşkilatlar rəsmi olaraq terror təşkilatlarının sırasına aid edilməyib. Bu, faktdır, vəziyyət bu cürdür”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Moskvanın bu mövqeyinə baxmayaraq, Türkiyə ilə Rusiya yaxın əməkdaşlıq edir.

Femida.az

Açar sözlər:

Oxunub: 3383